Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:55

ABŞ Soçiyə gedən idmançılarına xəbərdarlıq edib


-
ABŞ Dövlət Departamenti Soçi olimpiadasına gedən ölkə idmançılarına xəbərdarlıq edib.

Xəbərdarlıqda idmançılara tövsiyə olunur ki, yarışların keçiriləcəyi komplekslərindən kənarda idman forması ilə gəzməsinlər.

«The Wall Street Journal»ın yazdığına görə, Dövlət Departamentinin idmançılar arasında yaydığı xəbərdarlıq fevralda Soçidə Olimpiya oyunlarının açılışı zamanı hər hansı terror aktlarının ola biləcəyi narahatlığı ilə bağlıdır.

Qəzetin yazdığına görə, ABŞ Milli Olimpiya Komitəsi də idmançılara eyni tövsiyələrlə müraciət edib.

Soçiyə gedəcək ABŞ idmançılarının formaları Amerika bayrağının rənglərə uyğun hazırlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG