Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:27

Vəfa Quluzadə: «Cəbhədə vəziyyətin gərginləşməsi Rusiyanın Qərbə mesajıdır».


Vəfa Quluzadə

Vəfa Quluzadə

-
CƏBHƏDƏ VƏZİYYƏTİN GƏRGİNLƏŞMƏSİNİN SƏBƏBİ

«Cəbhədə vəziyyətin gərginləşməsi Rusiyanın Qərbə mesajıdır».

Bunu «Azadlıq» qəzetinə müsahibəsində politoloq Vəfa Quluzadə deyib:

«Rusiya Qərbin Ukraynadakı fəaliyyətindən narazıdır. Rusiya burdakı vəziyyəti gərginləşdirərək demək istəyir ki, mən sizin Cənubi Qafqazdakı maraqlarınıza zərbə vura bilərəm. Bütün cəbhə xəttində atəşkəsin pozulması məhz bununla əlaqədardır».

Politoloqa görə, Ukraynada mövqelərini itirən Rusiya qəzəbi Azərbaycanın üzərinə tökə bilər.

MÜXALİFƏT «GÜNAH KEÇİSİ» AXTARIR

«Ayna» qəzeti yazır ki, «müxalifət mənəvi problemlər içərisindədir, sistem böhranı keçirir və növbəti dəfə böhranın fiziki yolla həllinə çalışır».

Qəzet müxalifətin xalqa ünvanladığı mesajlara diqqət çəkir:

«Baxın, «birləşmək» deyirdiniz, gördünüz ki, onun da xeyri yoxdur. Çünki aramızda «keçilər» var . Əsas məsələ onları axtarıb tapmaq, günahları bellərinə çatıb səhraya ötürməkdir. Fərqinə varılmır ki, axtarış prosesində qarşılıqlı ittihamlar sistemi daha da çökdürür. İttiham edənlərin mənəvi cəhətdən ittiham edilənlərdən daha qüsurlu olduğu üzə çıxır».

İlham Əliyev Davosda

İlham Əliyev Davosda

«BİZ TƏKCƏ AZADLIĞA QOVUŞMAMIŞIQ...»

«Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik».

AzərTAc-ın məlumatına görə, bunu Davosda «Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol» mövzusunda keçirilən qəbulda prezident İlham Əliyev deyib.

«Biz geniş boru kəmərləri şəbəkəsi vasitəsilə Xəzər, Qara və Aralıq dənizlərini birləşdirməyə müvəffəq olduq. Bu gün Azərbaycan yalnız enerji resurslarının təchizatçısı deyil, həm də tranzit ölkədir. Mərkəzi Asiya dövlətləri öz təbii sərvətlərini bizim infrastruktur vasitəsilə nəql edir... Mən Türkiyəni və Avropanı əhatə edəcək boru kəməri, həmçinin Avropanın ən iri infrastrukturu hesab olunan «Şahdəniz-2» layihəsini nəzərdə tuturam. Ötən ilin dekabrında 25 milyard dollar dəyərində olan «XXI əsrin müqaviləsi» adlandırdığımız sənədi imzaladıq. Bu nailiyyət göstərir ki, qarşılıqlı dəstək və marağa əsaslanan geniş və səmimi əməkdaşlıq olduğu halda uğurlu nəticələr əldə edilir...

Təbii ki, siyasət sahəsi də mühüm rol oynayır. Region dövlətləri vaxtilə - 22 il əvvəl vahid bir ölkənin tərkib hissəsi olmuşdur. Bizim tarixən əlaqələrimiz vardır, ancaq əminəm ki, hər bir ölkə müstəqilliyinin bəhrəsini görür. Biz təkcə azadlığa qovuşmamışıq. Biz sistemi dəyişmişik. Ölkələrimizin nailiyyətləri bazar iqtisadiyyatının və müstəqil siyasi inkişafın üstünlüklərini aydın nümayiş etdirir...».

Foto: Arxiv

Foto: Arxiv

«ALİ MƏKTƏBLƏRDƏ RÜŞVƏTİN QIŞ SESSİYASI BAŞLADI»

«Yeni Müsavat» qəzeti qış sessiyasında universitetlərdə imtahan qiymətinin 60-100 manat arası dəyişdiyini yazır. Qəzet dörd universitet tələbəsinin qış sessiyası ilə bağlı mövqeyini öyrənib:

«Elə müəllim var ki, insaflıdır, az pul istəyir. Eləsi də var ki, tələbənin heç göz yaşına da baxmır. Bizim institutda «3» almaq üçün 60-70 manat, «4» almaq üçün 80 manat, «5» almaq üçün isə 100 manat istəyirlər».

İTKİN DÜŞƏNLƏRİN SAYI

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi itkin düşənlərin sayını açıqlayıb. Nümayəndəliyin rəhbəri Deniz Duran deyib ki, hazırda Komitənin Azərbaycandakı nümayəndəliyində 3765 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdan keçib. Məlumatı Trend yayıb.

«Bunlar ailə üzvləri BQXK-ya müraciət edərək öz yaxınının itkin düşdüyü barədə məlumat verilən şəxslərdir: Amma Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında meyarlar başqadır. Bunun üçün itkin düşmüş şəxslər barədə ailə üzvləri, yaxınları, dövlət orqanları da müraciət edə bilər. Ona görə də onlarda olan rəqəmlərlə bizdə olan rəqəmlər arasında olan fərq anlaşılandır. Bununla yanaşı, biz siyahıları uyğunlaşdırırıq. Hazırda Dövlət Komissiyasının siyahısında itkin düşən şəxs kimi 4035 nəfərin adı var» - Deniz Duran deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG