Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Nazirlər Parisdə görüşüblər


Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.

Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.

-
Yanvarın 24-də Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı Eduard Nalbandian-la görüşüb. Görüşdə münaqişənin həllində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.

Nazirlik sözçüsü Elman Abdullayevin mətbuata verdiyi məlumata görə, danışıqlar zamanı münaqişəsinin həlli ilə bağlı tərəflər arasında məzmunlu, konkret və intensiv müzakirələr aparılıb.

Elmar Məmmədyarov bildirib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən nə qədər tez çıxarılarsa, bir o qədər qısa müddətdə münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar.

«Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir», - deyə E.Abdullayev vurğulayıb. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG