Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:54

Müxalifətçilərin işi ilkin instansiyaya qaytarıldı


Ali Məhkəmə
Ali Məhkəmə
-
Yanvarın 24-də Ali Məhkəmə müxalifətçilərin 2003-cü ildəki həbsiylə bağlı bütün məhkəmə qərarlarını ləğv edib və iş Bakı Ağır Cinayətlərə dair Məhkəmənin hazırlıq iclası səviyyəsinə göndərilib. Müxalifət fəallarının işinə ilkin instansiya məhkəməsində yenidən baxılacaq.

Bunu AzadlıqRadiosuna vəkil Fuad Ağayev bildirib:

«Ali Məhkəmənin Plenumunda belə qərar gəlindi ki, həm Ali Məhkəmə Kollegiyasının qərarı, həm Appelasiya məhkəməsinin 2 qərarı, Ağır Cinayətlər üzrə məhkəmənin hazırlıq iclasının qərarı, hökmü ləğv edildi».

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdad Cəlaloğlu:

«Bizim barəmizdə olan əvvəlki işlər faktiki olaraq bütün hüquqi qüvvəsini itirib. Bütün qərarlar ləğv edilib, işə yenidən baxılacaq. Bu həm də prosesi uzatmaq deməkdir. Bu Azərbaycan reallığıdır».

AVROPA MƏHKƏMƏSİNİN QƏRARI...

2011-ci il iyulun 26-da Avropa İnsan Hüquqları Məhkəməsi dörd müxalifət fəalının 2003-cü il prezident seçkisindən sonra həbsini, məhkum olunmasını qanunsuz sayıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, keçmiş baş nazir Pənah Hüseyn və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun məruz qaldığı ədalətsizliyə görə Azərbaycan dövlətini ümumilikdə 40 min avro cərimələyib. Qərara görə, Azərbaycan dövləti şikayətçilərin hər birinə 10 min avro maddi təzminat ödəməli idi. Müxalifətçilərə təzminat ödənilsə də, qərar özü yerinə yetirilməyib.

Pənah Hüseyn məhkəmənin qərarının onlar üçün gözlənilən olduğunu deyib. Ancaq o, işə yenidən baxılması prosesinin uzadılacağını da istisna etməyib.
Vəkil Fuad Ağayev isə deyib ki, bu gün Ali Məhkəmə öz həmkarlarının verdiyi qərarların üzərindən xətt çəkmiş oldu və bu da ölkədə məhkəmə sisteminin durumunu göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG