Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:03

Kiyevdə etirazçılar kənd təsərrüfatı nazirliyinin binasını tutub


Müxalifət liderləri ilə prezident Viktor Yanukovychin danışıqları nəticəsiz qurtarandan sonra hökumət əleyhinə eturazçılar öz düşərgələrini genişləndirir.
Kiyevdə Müstəqillik Meydanında etirazçılar yeni barrikadalar qurub. Onlar Kənd Təsərrüfatı Nazirliyinin binasını da ələ keçirib. Ancaq hələ ciddi qarşıdurma yoxdur.
Cümə axşamı müxalifət liderləri ilə prezidentin 4 saatlıq danışıqları oldu. Prezidentin təklıif etdiyi güzəştlər müxalifət liderlərini qane etməyib.
Qərbi Ukraynanın bir neçə şəhərində etirazçılar yerli hakimiyyət binalarını tutublar.
Daxili İşlər Nazirliyi rəsmən bəyan edib ki, çərşənbə günü 2 etirazçı öldürülüb. Ancaq bunun məsuliyyətini polis öz üzərinə götürmür.
Ukraynada tərəflər arasında dialoqa kömək etmək üçün Avropa Birliyinin Genişlənmə Komissarı Stefan Fuele cümə gümnü Kiyevə gəlir.
XS
SM
MD
LG