Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:48

Ukrayna haqqında maraqlı faktlar


-
Ukrayna maraqlı faktlarda

1. Ukrayna, əhalisinin sayına görə dünyanın 28-ci ölkəsidir. Burada hazırda təqribən 45 milyona yaxın adamın yaşadığı ehtimal olunur (2001-ci ilin rəsmi siyahıyalınmasına əsasən əhali 48,1 milyon idi). Ukrayna əhalisinin 77,8 faizi ukraynalı, 17,3 faizi rus, 4,9 faizi isə digər millətlərdir.

2. Ümumi daxili məhsulun real göstəricisinə (264,4 milyard manat və ya 337,360 USD) görə Ukrayna iqtisadiyyatı dünyanın 37-ci ölkəsidir. Adambaşına düşən ÜDM-ə (5,8 manat və ya 7,4 USD) görə isə dünyada 106-cə yerdədir.

3. Keçmiş sovet republikalarından fərqli olaraq, Ukrayna BMT yaranan gündən (1945-46) onun üzvüdür. (Sovet İttifaqı bu təşkilatda təmsilçiliyini artırmaq üçün Belorus, Rusiya Federasiyası və Ukraynanın da ayrıca BMT üzvlüyünü tələb etmişdi)

4. Ukraynanın ən yüksək nöqtəsi Karpat silsiləsindəki 2061 metr hündürlüyü olan Hoverla dağıdır. Ən böyük çayı – Dnepr (2200 km uzunluğu olan bu çayın yarısı Ukrayna ərazisindən axır) , ən böyük təbii gölü Odessa vilayətində yerləşən Yalpuq gölüdür.

5. Əhalisinin sayına görə Avropanın 7-ci böyük şəhəri sayılan Ukrayna paytaxtı Kiyevin 2,8 milyon sakini var. Qədim səlnaməyə əsasən şəhərin adı onun əsasını qoyan 3 qardaşdan ən böyüyü Kiy-in adı ilə bağlıdır.

6. Ukraynanın ən qədim universiteti əsası 1661-ci ildə qoyulan Lvov Universitetidir.

7. Ukrayna silahlı qüvvələri, sayına görə dünyanın 36-cı ordusudur. 159 min əsgər və zabiti olan Ukrayna ordusunun, 1 milyona yaxın ehtiyyatda olan canlı qüvvəsi var. Ordu hərbi mükəlləfiyyət əsasında təşkil olunur, çağırış müddəti quru qoşunlarında 12 ay, hərbi dəniz qüvvələrində 18 aydır.

8. Ukraynanın ən böyük şirkəti “Naftoqaz Ukrainı”dır. Digər yerləri də enerji, habelə metaləritmə zavodları tutur. Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Ölkədə avtomobil (Zaoporoje avtomovil zavodur) və təyyarə (“Antonov” və “Tupolev” təyyarələri) istehsal olunur. 2003-cü ilədək istehsal olunan An-124 “Ruslan” təyyarəsi dünyanın ən böyük yük təyyarəsi olub.
XS
SM
MD
LG