Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:12

Hava soyuyacaq


-
Azərbaycan sinoptikləri hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Trend xəbər verir ki, yanvarın 25-də gün ərzində bəzi şimal rayonlarında, yanvarın 26-da əksər rayonlarda hava şəraiti yağıntılı keçəcək. Dağlıq və dağətəyi ərazilərdə qar yağacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək, yanvarın 25-də şimal küləyi arabir güclənəcək, qeyri-sabit hava şəraiti yanvarın 27-si səhərə kimi davam edəcək.

Bakı və Abşeron yarımadasında yanvarın 25-də temperatur gecə 2-4, günün birinci yarısında 5-7, axşama doğru 0-2 dərəcə isti təşkil edəcək. Gecəyə doğru hava yağıntılı keçəcək.

Bölgələrdə yanvarın 25-də bəzi şimal və şərq rayonlarında hava yağıntılı olacaq. Dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Aran rayonlarında yanvarın 25-də temperatur gecə 1-6 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG