Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:02

Art for Democracy-nin tədbirinə imkan verilməyib


-
Yanvarın 24-də Park İnn otelində Art for Democracy kampaniyasının hazırladığı “İncəsənət demokratiya tələb edir” filminin təqdimatına imkan verilməyib.

“Turan” informasiya agentliyinin yaydığı xəbərə görə, tədbir başlayan anda otelin ikinci mərtəbəsinə elektrikin verilməsi dayandırılıb. Bütün oteldə elektrikin olmasına baxmayaraq, tədbirin keçirildiyi ikinci mərtəbədə elektrik kəsilib.

Tədbir iştirakçıları otelə kənardan texniki vasitələr gətirilərək tədbirin keçirilməsini istəyiblər. Buna isə otel administrasiyası imkan verməyib.

Art for Democracy təşkilatının rəhbəri Rəsul Cəfərov otel rəhbərliyini məhkəməyə verəcəyini bildirib.

Art for Democracy kampaniyası 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı yarışması ərəfəsində yaranıb. Kampaniyada məqsəd ölkədə demokratik azadlıqların bərpa olunmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG