Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:27

Platon Lebedev bu gün həbsdən buraxılmalıdır


-
Kremlin həbsdə olan tənqidçisi Platon Lebedev cümə günü həbsdən buraxıla bilər. Lebedev Mikhail Khodorkovsky-nin biznes tərəfdaşıdır. Onun həbsdən buraxılmasına dair Rusiyanın Ali Məhkəməsinin qərarı var.

Lebedev 2005-ci ildə vergidən yayınma ittihamıyla həbs olunub. O, siyasi müxalifət partiyalarını maliyyələşdirib və prezident Vladimir Putinlə mübahisəsi yaranıb. Putin ötən ay Khodorkovsky-ni əfv edib.

Mayda buraxılmalı olan Lebedev əfv istəməyib və həbsdə qalıb. Cümə axşamı verilən qərarla onun həbs müddəti azaldılıb. Ancaq o, 500 milyon dollarlıq vergi ödəməlidir.

Amnesty İnternational qərarı tənqid edib, qərarı gələn ay Soçidə keçiriləcək Qış Olimpiya oyunları öncəsi Rusiyanın beynəlxalq imicinə xidmət edən siyasi qərar adlandırıb. Amnesty bildirib ki, Lebedevin buraxılması onun həbs qərarının ədalətsizliyini aradan qaldırmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG