Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:07

Bu il 6 hərbçi ölüb, 9-u yaralanıb


-
Yanvarın 23-dək Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 6 nəfər təşkil edib. Məlumatı “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi yayıb. Bu müddətdə 9 nəfər yaralanıb və ya xəsarət alıb. Mərkəzin direktoru Cəsur Sümərinli bildirir ki, həmin dövrdə həlak olanlardan 1-i döyüş, 5-i qeyri-döyüş itkiləridir.

Qeyri-döyüş itkilərindən 1 nəfər xəstəlikdən vəfat edib, 4 nəfər intihar edib. 5 nəfər Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (9 nəfər), onların 3-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 2-si intihara cəhddən, 1-i erməni gülləsindən, 3-ü avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıb. 8 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG