Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:35

İran nüvə qurğularını sökməyi vəd etməyib


İranın xarici işlər naziri Mohammad Javad Zarif
İranın xarici işlər naziri Mohammad Javad Zarif
İranın xarici işlər naziri Mohammad Javad Zarif Davos şəhərində bəyan edib ki, Birləşmiş Ştatlar keçid nüvə razılaşmasına görə Tehranın götürdüyü öhdəlikləri düzgün izah etmir.

Cənab Zarif deyib ki, Ağ Evin razılaşmaları təsvir tərzi İranın başqa ölkələrlə razılaşdırdığı mətndən fərqlənir.

O CNN telekanalına bildirib ki, “İran heç nəyi sökməyi vəd etməyib”.

Ağ Evin açıqladığı məlumatda deyilir ki, İran özünün 20 faizədək zənginləşdirilmiş uran ehtiyatının dərəcəsini azaltmalı, uranın 5 faizdən artıq zənginləşdirilməsinə imkan verən “texniki vasitələrini demontaj etməlidir”.

5 faizli urandan elektrik enerjisinin alınması mümkündürsə də, bu dərəcədə olan nüvədən silah hazırlamaq qeyri-mümkündür.

Cənab Zarif-ə görə ABŞ elə danışır ki, sanki söhbət İranın nüvə proqramının ləğvindən gedir.

İran xarici işlər nazirinin bəyanatına şərh verən Ağ Ev bildirib ki, Vaşinqton “iranlıların ölkədaxili istehlak üçün bu cür ritorikadan istifadə edəcəyini əvvəlcədən bilirdi və indi məhz bu baş verir”.
XS
SM
MD
LG