Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:42
Reuters agentliyi xəbər verir ki, Moskva, Soçi Olimpiadası ərəfəsində homoseksualların hüquqları ilə bağlı onu tənqid edən Avropa İttifaqına əks-hücuma keçib.

Rusiyanın hazırladığı 153 səhifəlik hesabat “Avropa İttifaqında insan haqlarının vəziyyəti” adlanır.

Hesabatda deyilir ki, Avropa İttifaqı başqa ölkələrdəki homoseksuallar barədə “əcaib təsəvvür” yaratmağa çalışır.

Hesabatı Brüsseldə təqdim edən Xarici İşlər Nazirliyinin insan haqları üzrə müvəkkili Konstantin Dolgov deyib ki, “Avropa İttifaqı özünün neo-liberal dəyərlərini ümumbəşəri həyat tərzi kimi beynəlxalq birliyin başqa üzvlərinə sırımaq istəyir”.

Cənab Dolgov deyib ki, Avropanın özündə məsələnin belə qoyuluşundan heç də hamı razı deyil. O, buna misal olaraq çox sayda fransızın eyni cinsdən olanların nikahlarının qanuniləşdirilməsinə etiraz etdiklərini yada salıb.

Rusiya diplomatı idmançılara xəbərdarlıq edib ki, Soçi Olimpiadasının meydanlarından Rusiya qanunlarının əleyhinə kampaniya üçün istifadə etməsinlər.

Rusiyanın hesabatında deyilir ki, Avropa İttifaqının ərazisində ksenebobiya, irqçlik, zorakı millətçilik, şovinizm və neo-nasizm yüksəlişdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG