Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:03

3 ilə 25 türk yazar!


Türkiyə Mədəniyyət Nazirliyinin TEDA layihəsi. Əcnəbi tərcüməçi və nəşriyyatlara türk ədəbiyyatından çevirmələr üçün qrantlar verilir.

Türkiyə Mədəniyyət Nazirliyinin TEDA layihəsi. Əcnəbi tərcüməçi və nəşriyyatlara türk ədəbiyyatından çevirmələr üçün qrantlar verilir.

-

Qərbdə türk yazıçıların əsərlərinə maraq durmadan artır. Təkcə son 3 ildə 25 türkiyəli yazarın əsəri ingilis dilinə tərcümə edilib.

Bunu Amerika yazıçısı, tərcüməçisi Maureen Freely yazır. O daha çox Nobel mükafatlı türk yazarı Orxan Pamukun əsərlərinin ingilis dilinə tərcüməsi ilə tanınır.

Bu günlərdə isə Britaniyada türk yazıçıların yaradıcılığından ingiliscəyə çevrilmiş nümunələrdən ibarət e-kitab hazırlanıb.

Burada Mario Levi də var, Hakan Gunday da, Kaya Genc də var, Ayfer Tunc da.

E-kitabı englishpen.org -da məhz Maureen Freely təqdim edir.

Yazır ki, yaxın keçmişdə Qərbdə hətta ən məlumatlı oxucular da heç olmasa bircə dənə türk yazarın adını çəkə bilməzdi.

Amma 1994-cü ildə çoxlarının gözləmədiyi halda Orxan Pamuk Nobel mükafatını qazanıb dünya şöhrətinə qovuşdu. Və Pamukun əsərləri barədə rəy yazanların yalnız bir neçəsi “bu cür ölkədən” onun kimi peşəkar yazarın çıxmasına mat qaldı.

Onun türklüyü təhqir ittihamı ilə mühakiməsi elə bir təsəvvür yaratdı ki, sanki Pamukun yüksəlişi normadan kənara çıxma, təsadüfdür. Amma Elif Şafak-ın ədəbiyyata gəlişi bu üillüziyanı da darmadağın etdi.

Maureen Freely yazır ki, artıq Türkiyə yalnız turistlərin sevimli istirahət yeri kimi yox, həm də yazarları ilə tanınır.

Onları Britaniyaya dəvət edir, müxtəlif şəhərlərdə görüşlərini təşkil edirlər.

Ətraflı burda oxu
Britaniya - Maureen Freely (solda) Türk yazarı Kaya Gench ilə.

Britaniya - Maureen Freely (solda) Türk yazarı Kaya Gench ilə.

Günün bütün mövzuları

XS
SM
MD
LG