Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:07

Məczub Təbrizinin anadilli divanı ilk dəfə çap edilib


-
«Elm və təhsil» nəşriyyatında Səfəvilər dövründə yaşamış görkəmli Azərbaycan alimi və şairi Məczub Təbrizinin anadilli divanı ilk dəfə çap edilib.

MEA-nın Füzuli adına Əlyazmalar İnstitundan AzadlıqRadiosuna verilən xəbərə görə, kitabı filologiya elmləri doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi nəşrə hazırlayıb.

Məhəmmədəli Hüseyni və Paşa Kərimov kitaba yazdıqları önsözdə Məczub Təbrizinin əlyazmaları, Leyden Universiteti Kitabxanası və Qahirə Milli Kitabxanasında saxlanan divanı, onun elmin və anadilli poeziyanın inkişafındakı xidmətləri barədə məlumat verilib.

XVII əsrdə yaşamış Məczub Təbrizi Saib Təbrizi və Qövsi Təbrizi kimi böyük şairlərin müasiri olub.

Doğum tarixi bəlli deyil.

Britaniya muzeyində saxlanılan bir əlyazmaya əsasən, onun ölüm tarixinin 1582-ci ilə aid olduğu məlum olub.

Məczub farsca və ana dilində qəzəllər yazıb.

Hər iki dildə yazılan qəzəllərin rəvan, emosional və təsirli olduğu deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG