Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:23

MN Türkiyə helikopterlərinin Naxçıvanda uçuşlarını təkzib edir...


Prezident İlham Əliyev «ATAK» helikopteri ilə tanış olur.

Prezident İlham Əliyev «ATAK» helikopteri ilə tanış olur.

-
Türkiyənin Hava və Kosmos Sənayesi tərəfindən təkmilləşdirilən «T-29 ATAK» helikopterlərinin Naxçıvanda sınaq uçuşları həyata keçirəcəyi bildirilir.

Bu haqda qonşu ölkədə yayımlanan «Sabah» qəzeti Türkiyə Müdafiə Sənayesi Məsləhətxanasına istinadən məlumat verir. Qurumdan qəzetə verilən məlumata görə, bu uçuşların keçirilməsini Azərbaycan Hava Qüvvələri istəyib. Azərbaycan hərbçilərinin nəzarəti altında keçiriləcək uçuşlarda ATAK-ın yerli coğrafiyaya uyğunluğu yoxlanılacaq. Helikopteri yaxından tanımaları və təcrübə qazanmaları üçün türkiyəli pilotlar sınaq uçuşlarını azərbaycanlı pilotlarla həyata keçirəcəklər. Planlaşdırılan uçuşlarda atəş sınaqlarının keçirilməsi də nəzərdə tutulur.

Qəzetin məlumatına görə, ATAK helikopterinin sınaq uçuşları haqqında proqram Azərbaycan müdafiə nazirinin ötən ay Türkiyəyə səfəri zamanı razılaşdırılıb.

T-129A helikopterlərinin 76 ədəd 70 mm ölçülü raket və 500 ədəd sursat tutumu olan 20 mm ölçülü top ilə təchiz edildiyi bildirilir.

Azərbaycan Müdafiə Nazirliyindən Türkiyə helikopterlərinin Azərbaycanda sınaq uçuşları keçirəcəkləri ilə bağlı yazılanları təkzib etdilər:

«Müdafiə nazirinin Türkiyəyə səfəri zamanı nə helikopterlərinin Azərbaycanda sınaq uçuşlarının keçirilməsi razılaşdırılıb, nə də ki, müdafiə naziri bu məsələni müzakirə edib».
XS
SM
MD
LG