Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:25

Yanukovych parlamentin təcili sesiyasını çağırıb


 Viktor Yanukovych və Volodymyr Rybak
Viktor Yanukovych və Volodymyr Rybak
Ukrayna prezidenti Viktor Yanukovych Avropa Birliyinə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etməyəcəyini vəd edib.Avropa Komisiyasının nümayəndəsi bildirir ki, Yanukovych bunu komisiyanın prezidenti Jose Manuel Barroso ilə telefon söhbətində deyib.

Avropa Birliyinin genişlənmə üzrə komisarı Stefane Fuele cümə günü Kiyevə gedəcək.Həmçinin birliyin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashtonun gələn həftə Ukraynaya gedəcəyi gözlənilir.

Yanukovych yanvarın 23-də yaranmış böhranı müzakirə etmək üçün parlamentin təcili sesiyasını çağırmağı xahiş edib.

Müxalifət liderləri vaxtındanəvvəl seçkilər təyin etmək üçün yaqnvarın 22-də prezidentə 24 saat vaxt veriblər.Bunu dünən prezident Yanukovychlə görüşdən sonra müxalifət liderlərindən biri Vitali Kliçko tərəfdarları qarasında çıxış edərkən deyib.Ultimatumun müddəti yanvarın 23-ü, axşam saatlarında bitir.

Vitali Klicko , Arseniy Yatsenyuk, və Oleh Tyahnibokun yanvarın 22-də prezidentlə apardıqları danışıqlar nəticə verməyib.

Son toqquşmalarda azı 3 nəfər ölüb ,300 nəfər yaralanıb, 75 nəfərsə həbs edilib.

Kiyevin mərkəzində hələ də minlərlə nümayişçi var.Onlar yanan təkərlərdən barrikadalar qurublar.Xüsusi təyinatlı qüvvələr onları dövrəyə alıb.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.
XS
SM
MD
LG