Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:15
“Bu gün düz 1 həftə tamam olur ki, bu boyda mikrorayon, məhəllələr susuz qalıb. Deyən yoxdur ki, səbəb nədir? Bu qədər adam niyə susuzluqdan əziyyət çəkir? Elə bil yiyəmiz yoxdur”.

Susuzluqdan AzadlıqRadiosunun “Qaynar xətt”inə Sumqayıtın 21-ci mikrorayonunda yaşayan 2-ci qrup əlil Kəmaləddin Rəhimov şikayət edir:

ÖTÜR-ÖTÜR...

“Ölüsü ölən, xəstəsi olan var. Ceyranbatan burnumuzun ucundadır, susuzluqdan gəbəririk. 1 həftədir şikayət etmədiyimiz yer qalmayıb. Elə bil qulaqlarının dibində milçək vızıldayır. “Qaynar xətt” cavab vermir. Hara gediriksə, hamı bir-birinin üstünə göndərir”.

Mikrorayonun başqa sakini Sədaqət Səlimova deyir, suyu qonşu mikrorayonlardan daşıyırlar:

"İlin-günün bu vaxtında vedrə-vdrə su daşımaq sadəcə bizi susuz qoyanlar üçün ayıbdır. Danışanda inkişafdan, müasirlikdən danışırlar. Hansı dövrdə yaşayırıq ki, adamlar arabaya vedrələrlə su yükləyib daşıyır? Burcə arabaya qoşmağa eşşəyimiz çatmır".

Ceyranbatan Bağlar Su İdarəsindən “Qaynar xətt”ə bildiriblər ki, 21-ci mikrorayona gedən ana su xəttində qəza olub. 1-2 gün ərzində qəza aradan qaldırılacaq və mikrorayona su verilişi bərpa olunacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG