Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:57
-
Yanvarın 28-də saat 12:00-də Azərbaycan İstiqlal Muzeyində «Tarixin bir səhifəsi» adlı sərgi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri, görkəmli ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunacaq.

«Tarixin bir səhifəsi» adlı sərgi «Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında» 22.11.2013 tarixli, 77 nömrəli Prezident Sərəncamına əsasən təşkil olunur.

Xəbərdə bildirilir ki, sərgidə tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən 30 fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş etdiriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG