Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20
İran ABŞ da daxil olmaqla beynəlxalq aləmə yaxınlaşmağa hazırdır.

Bunu İran prezidenti Hassan Rohani Davosda keçirilən beynəlxalq iqtisadi forumda çıxış edərkən deyib.Rohani həmçinin qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı Çenevrədə əldə olunan razılşamadan sonra İran-Avropa ölkəəri arasında münasibtlər normallaşmağa başlayıb.

O bir daha bildirib ki, İran nüvə silahı əldə etmək fikrində deyil.

İran 6 dünya ölkəsi ilə əldə etdiyi razılaşmadan sonra uran zənginləşdirilməsi üzərində işi dayandırıb, əvəzində isə ona qarşı tətbiq edilən beynəlxalq sanksiyalar yüngülləşdirilib.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG