Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:32

Ukrayna müxalifəti prezidentə 24 saat vaxt verib


Vitaly Klitschko, Oleh Tyahnybok və Arseniy Yatsenyuk

Vitaly Klitschko, Oleh Tyahnybok və Arseniy Yatsenyuk

Ukrayna müxalifəti xəbərdarlıq edib ki, əgər prezident vaxtındanəvvəl seçkilər təyin eləməsə hökumətəleyhinə nümayişlər hücuma çevriləcək.3 əsas müxalifət lideri həmçinin tərəfdarlarını prezidentə verilən 24 saat ərzində zorakılıqdan çəkinməyə çağırıblar.Ultimatumun müddəti yanvarın 23-ü, axşam saatlarında bitir.

Vitali Klitschko, Arseniy Yatsenyuk, və Oleh Tyahnybokon yanvarın 22-də prezident Viktor Yanukovychlə apardıqları danışıqlar heç bir nəticə verməyib.

Son toqquşmalarda azı 3 nəfərin öldüyü bildirilir. Bəzi məlumatlarda isə ölənlərin 5 nəfər olduğu bildirilir.Bundan başqa 300 nəfər yaralanıb, 75 nəfərsə həbs edilib.

Kiyevin mərkəzində hələ də minlərlə nümayişçi var. bOnlar iki yerdə yanan təkərlərdən barrikadalar qurublar. Xüsusi təyinatlı qüvvələr onları dövrəyə alıblar.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub. Hökumətin bu günlərdə mitinqlər barədə yeni kəskin qanunlar qəbul etməsi isə vəziyyəti yenidən gərginləşdirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG