Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:35

Müdafiə naziri hərbi qulluqçuları mükafatlandırıb


-
Yanvarın 23-də müdafiə naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub.

Bu barədə nazirlik məlumat yayıb.

Məlumatda bildirilir ki, hərbi aviasiyanın hazırlığının səviyyəsi, uçuş-enmə zolaqlarının, ərazidəki yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub. Daha sonra nazirin xidmətdə fərqlənən hərbi qulluqçulara rütbələr verdiyi, medal və qiymətli hədiyyələrlə təltif etdiyi bildirilir.

Bundan başqa nazir hərbi şəhərcikdəki yaşayış və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.
XS
SM
MD
LG