Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:50
-
Məşhur caz ifaçısı, üç “Qremmi” və “Toni” mükafatı laureatı Dee Dee Bridgewater fevralın 12-də Bakıda Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.

Mərkəzdən verilən xəbərə görə, müasir caz vokal sənətinin ulduzlarından olan Dee Dee Bridgewater konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Abby Lincoln və Billie Holiday repertuarından əsərlər ifa edəcək.

Əsl adı Dennis Garret olan olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunub.

Dee Dee Bridgewater ilk professional təcrübəni əfsanəvi The Thad Jones/Mel Lewis Jazz Orchestra-da keçib və ötən əsrin 70-ci illərində o, məşhur caz ifaçıları Max Roach, Sonny Rollins, Dexter Gordon, Dizzy Gillespie kimi məşhur caz ifaçıları ilə birgə çıxış edib.

Müğənni 1980-ci ildə Fransaya köçüb və bir neçə il ərzində Avropanın bütün caz festivallarında iştirak edib, özünün orkestrini yaradıb.

1998-ci ildə kumiri Ella Fitzgerald xatirəsinə həsr etdiyi “Əziz Ella” (“Dear Ella”) albomu iki “Qremmi” mükafatına layiq görülüb. Eləcə də onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi “Eleanora Fagan (1915-1959): To Billie With Love From Dee Dee” adlı albomu “Qremmi” alıb.

Dee Dee Bridgewater musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə “Viz” (“The Wiz”) musiqili tamaşasında oynadığı Qlinda roluna görə “Toni” mükafatı alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG