Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:32

Qatar bələdçiləri aksiya keçiriblər


-
Yanvarın 23-də bir qrup qatar bələdçisi Prezident Adminstrasiyası qarşısında etiraz aksiyası keçirib.

Bələdçilərin AzadlıqRadiosuna dediyinə görə, onların narazılığı yeni qatarlarda kişi bələdçilərin işləməsinə icazə verilməməsi və maaşlarının azlığı ilə bağlı olub.

Əvvəllər etdikləri şikayətlər cavabsız qaldığından bələdçilər bir daha Nazirlər Kabineti və Prezident Adminstrasiyasına müraciət ediblər.

“Bizə dedilər ki, sizin şikayətinizə “Dəmir yolları” QSC-nin sədrinin müavini Əlirza Süleymanov baxmalıdır. Ancaq o şəxs bizi “vətən xaini” adlandıraraq şikayətlərimizə baxmır. Biz istəyirik ki, səsimizi prezidentə çatdıraq. Bizim şikayətimizə belə laqeyid yanaşılsa, aclıq aksiyasına başlayacağıq”.

Qatar bələdçiləri bundan əvvəl də bir neçə dəfə aksiya keçiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG