Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:07
-
“Dünən metropoliteninin rəis müavini, icra hakimiyyətinin işçiləri gəldi. Özləri ilə 50-dən çox polis də gətirmişdilər. Dedilər, çıxın, nəyiniz var daşıyın kənara. Söküntü işləri başlanmalıdır”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə yaşayan Füzuli köçkünü Asya Qurbanova deyir. O, cüzi kompensasiya ödənilməklə evlərindən çıxarılmalarını pisləyir:

“Ağır texnikaları gətirib dirəyiblər qapıya. Deyirlər, pullarınız verilib, çıxın. Biz razılaşmırıq. Çünki verdikləri pul çox azdır. O pulla heç quş damı da almaq olmaz. Tələb edirik ki, kompensasiyaların məbləği artırılsın”.

"QOY GƏLİB TRAKTORLA ÜSTÜMÜZDƏN KEÇSİNLƏR"

Asya Qurbanovanın sözlərinə görə, mübahisə ilə bağlı məhkəmələr olub. Sakinlərin xeyrinə olmayan qətnamələr çıxıb. Sakinlər də Ali Məhkəməyə kassasiya şikayəti veriblər:

“İş Ali Məhkəmədə ola-ola evlərimizi necə sökə bilərlər? Bəlkə məhkəmənin son qərarı bizim xeyrimizə olacaq?”

36 köçkün ailəsi tikdikləri evlərin dəyəri onlara ödənilmədən evlərdən çıxmayacaqlarını deyirlər. Asya Qurbanova:

“Qoy gəlib evin içində traktorla üstümüzdən keçsinlər. Küçədə qaldıq, ya traktorun altında… İkisi də eynidir. Evimizdən başqa itirəcək heç nəyimiz yoxdur. Bir quru canımızdır, o da belə hökumətimizə qurban. Başqa nə deyə blərik?”

"TƏMİNAT VERƏN YOXDUR"

Bəzi köçkünlər isə deyirlər, ümumiyyətlə, kompensasiya adı çəkilmir:

Səmayə Rzayeva:

“Bizə kompensasiya vermirlər. müvəqqəti sığınmaq üçün ev verirlər. Biz bilmirik ki, o evdə neçə ay yaşayacağıq. Bizi o evlərdən də çıxarmayacaqlarına rəsmi təminat vermirlər”.

Binəqədi rayon icra Hakimiyyətindən bildiriblər ki, ərazidə kompensasiya ilə razılaşmış sakinlərin evləri sökülüb. Məhkəməsi bitməyən evlərə toxunulmayıb. Həmin evlərin sökülüb-sökülməyəcəyi məhkəmələrin son qərarlarından sonra bilinəcək.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov jurnalistlərə müsahibəsində ərazidə metropoliten üçün yeni "Depo" tikiləcəyini bildirib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG