Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:49

Avropalı həmməruzəçilər Naxçıvanda


Pedro Agramunt və Joseph Debono Grech
Pedro Agramunt və Joseph Debono Grech
-
Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Pedro Agramunt və Joseph Debono Grech Naxçıvanda səfərdədir.

Həmməruzəçilər yanvarın 22-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər. Görüşdə Ali Məclisin sədri Avropa Şurası qarşısında götürülən öhdəliklərin muxtar respublikada icrasının təmin edildiyini bildirib.

Həmin gün həmməruzəçilər digər dövlət və vətəndaş qurumlarının nümayəndələri ilə də görüşüblər. Həmməruzəçilər günün sonunda hüquq müdafiəçisi Həkimeldostu Mehdiyevlə də görüşüblər. Həkimeldostu Mehdiyevin sözlərinə görə görüşdə əsasən Naxçıvanda baş verən insan haqları pozuntuları müzakirə olunub:

“Bu yaxınlarda narkotik ittihamı ilə həbs olunan müsavatçı fəal Mehdi Niftəliyevin məsələsini onların diqqətinə çatdırdım. Bildirdim ki, ona qarşı irəli sürülən ittiham saxtadır. Onun seçkidə göstərdiyi fəallığa görə, siyasi sifarişlə həbs olunduğunu diqqətə çatdırdım. Dedim ki, susmaları üçün, bu məsələnin sifarişli olmasını ictimailəşdirməmələri üçün Mehdi Niftəliyevin ailəsinə ciddi təzyiqlər olub. Naxçıvandakı siyasi vəziyyəti də onların diqqətinə çatdırdım. Bildirdim ki, baş verən insan haqları pozuntularına görə, əhalinin yarıdan çox muxtar respublikanı tərk edib. Müstəqil jurnalistlərin başlarına gətirilən olmazın müsibətlər haqqında da onlara dedim”.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Naxçıvan da özünün nümayəndə heyəti ilə təmsil olunur.
XS
SM
MD
LG