Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:44

Hüquq müdafiəçisi aclıq aksiyasına başlayıb


-
Mahir Abdullayevin Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Azad Mürsəliyev yanvarın 22-də qurumun Bakıdakı ofisində müddətsiz aclıq aksiyasına başladığını bəyan edib.

Onun AzadlıqRadiosuna verdiyi məlumata görə, müddətsiz aksiya keçirməklə 3 tələbinin yerinə yetirilməsini istəyir.

“Birincisi, 2013-cü ilin martında Mahir Abdullayevin oğurlanması üzrə Müstəqil İstintaq Komitəsi yaradıldıqdan sonra əsassız olaraq ölkədən çıxmağım yasaq olunub. İkincisi, Mahir Abdullayevin oğurlanmasından 10 ildən çox keçməsinə baxmayaraq, istintaqın hər hansı bir nəticəsi yoxdur. Üçüncüsü, şəxsən mənim, ailə üzvlərimin, xüsusilə dayım Elşad Abdullayevin qardaşı oğlu Mübariz Abdullayevə qarşı qanunsuz və repressiv hərəkətlərə son qoyulmasını tələb edirəm”.

Mübariz Abdullayev iki ay əvvəl Lənkəran Ağır cinayətlər məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Azad Mürsəliyev deyir ki, tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcək.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin mayoru Mahir Abdullayev 2003-cü il oktyabrın 13-də oğurlanıb.

2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra Elşad Abdullayev Fransaya mühacirət edib. Elşad Abdullayev qardaşının tapılması üçün müxtəlif vəzifəli şəxslərə verdiyi rüşvət faktları ilə bağlı videolar yayıb.

Onun videoları əsasında Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova və digər şəxslər həbs edilib. 2013-cü ilin martında Elşad Abdullayevin prezident İlham Əliyevə müraciətindən sonra Mahir Abdullayevin oğurlanması üzrə istintaq işini aparmaq üçün baş prokuror yanında Müstəqil İstintaq Komitəsi yaradılıb.

Elşad Abdullayev qardaşının oğurlanmasında hökumətin yüksək vəzifəli şəxslərini günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG