Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:07

Məşhur roman Azərbaycan dilində!


-

"Qanun" nəşriyyatı Meksika yazıçısı Juan Rulfo-nun məşhur "Pedro Paramo" romanını çap edib.

Xuan Presiado anasının ölümqabağı arzusuyla heç vaxt üzünü görmədiyi, adını eşitmədiyi doğma atasının – Pedro Paramonun axtarışına başlayır və beləcə yalnız kabusların yaşadığı bomboş Komala şəhərinə gəlib çıxır. Özünə gələndə anlayır ki, o, ölülər səltənətinə varid olub.

Artıq özü də ölmüş Xuan, ölülərin Komalada Pedro Paramo dönəmində baş verən hadisələr barədə pıçıltılarını eşidir. Pedro Paramonun uşaqlıqdan qocalığa qədər keçdiyi ömür yolu əsərdə nəql olunur. Yazıçı bütün bu yerlərin sahibinin – Pedro Paramonun əzazil obrazını təsvir edir. O, hər şeyə nail ola bilib, bircə uşaqlıqdan tanıdığı Susana San Xuanın sevgisini qazanmaqdan başqa…

Ruscadan tərcümə YAŞARındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG