Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:50

Əli bəy Hüseynzadənin 150 illiyinin keçirilməsi haqqında prezident sərəncamı çıxıb


Əli bəy Hüseynzadə

Əli bəy Hüseynzadə

-
Prezident İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

AzərTAc xəbər verir ki, sərəncamda 2014-cü ilin fevralında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyinin tamam olması diqqətə çatdırılır.

Sərəncamda qeyd olunur ki, Əli bəy Hüseynzadə türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən bir şəxsdir.

Sərəncamla Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası ilə birlikdə, Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG