Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:13

Keçmiş nazir Lutsenko Ukraynada müvəqqəti hökumət yaratmağa çağırıb


 Yuriy Lutsenko

Yuriy Lutsenko

Ukraynanın keçmiş daxili işlər naziri Yury Lutsenko yanvarın 22-də Kiyevdə keçirilən brifinqdə çıxış edərkən “Zərbə” partiyasının lideri Vitaly Klitschkonun başçılığı ilə müvəqqəti hökumət yaratmağa çağırıb.

Prezident Viktor Yanukovych elə həmin gün ölkədə yaranmış siyasi böhranı yoluna qoymaq üçün müxalifət liderləri Arseniy Yatsenyuk, Vitaly Klitschko, və Oleh Tuyahnybokla görüşüb.

Yanvarın 22-ə olan məlumatlara görə, son toqquşmalarda azı 3 aksiyaçı ölüb.Müxalifət fəalları onlardn ikisinin atəşlə öldürüldüyünü deyirlər.

Xüsusi təyinatlı qüvvələr paytaxt Kiyevdəki barrikadalara hücum edərək aksiyaçıları oradan çıxarıblar.

Aksiyaçılar polisə daş, Molotov kokteylləri atıb, polis isə gözyaşardıcı qaz, səs bombaları və dəyənəklərdən istifadə edib.

10 dərəcə şaxta olmasına baxmayaraq polisin su şırnaqlarından istifadə etməsinə icazə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG