Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:42

Ukrayna prezidenti Yanukovych müxalifət liderləri ilə görüşüb


 Viktor Yanukovych
Viktor Yanukovych
Ukrayna prezidenti Viktor Yanukovych müxalifət liderləri Arseniy Yatsenyuk, Vitaly Klitschko, və Oleh Tuyahybokla görüşüb.Hələlik görüş barədə ətraflı məlumat verilmir.

Son toqquşmalarda azı 3 nəfərin öldüyü bildirilir.Müxalifət fəalları onlardn ikisinin atəşlə öldürüldüyünü deyirlər.Həkim İqor Petroviç bir nəfərin xəstəxanaya gətirildikdən sonra aldığı güllə yaralarından keçinməsini təsdiqləyib.

Daxili İşlər Nazirliyi isə döyüş güllələrindən istifadə olunmadığını bildirir .

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso Brüsseldə keçirdiyi brifinqdə Ukraynada tərəfləri zorakılıqdan çəkiməyə çağırıb.

Xüsusi təyinatlı qüvvələr paytaxt Kiyevdəki barrikadalara hücum edərək aksiyaçıları oradan çıxarıblar.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.Son günlər hökumətin mitinqlər barədə yeni kəskin qanunlar qəbul etməsi isə vəziyyəti yenidən qarışdırıb.
XS
SM
MD
LG