Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:54
-
“Böyük rüşvət” əməliyyatından sonra yeni daxili işlər naziri Efkan Âlânın vəzifəyə gəlişi ilə Türkiyə polisində işdən qovulma və iş yerini dəyişdirmə prosesi davam edir.

Yanvarın 22-də çoxu Qaçaqçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə şöbəsinin əməkdaşları olmaqla 470 polis məmurunun iş yeri dəyişdirildi.

17 Dekabr rüşvət və korrupsiya əməliyyatı Ankara Polis İdarəsində yüksək çinli məmurların işdən çıxarılasına səbəb olub. Son əməliyyatla isə 17 dekabrdan əvvəl çalışan heyət tamamilə dəyişdirildi.

Ankara polis idarəsində daha öncə müxtəlif şöbələrdən 90 nəfəri rütbəli olmaqla 670 polis məmuru başqa şəhərlərə göndərilmişdi.

Vəzifədən kənarlaşdırma təkcə polisdə deyil, eyni zamanda prokurorluq, maliyyə, dövlət televiziyası TRT kimi fərqli qurumlarda da yaşanıb.

“Korrupsiya əməliyyatı”ndakı həbsləri və bu həbsləri həyta keçirən polis və prokurorların işdən çıxarılmasını islamçı baş nazir Recep Tayyip Erdoganla hazırda sürgündə olan ilahiyyatçı lider Fetullah Gulen arasındakı mübarizə ilə izah edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG