Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:13
-
“İki aydır ki, əməlli internet xidməti göstərilmir. Abonenthaqqını ödəyirik, internet isə yoxdur”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Müşfiq qəsəbəsinin sakini Sevinc Əsədova deyir. Onun narazılığı “BakinterNET”dəndir:

“Ayda 10 manat köçürürəm. Gün ərzində internet olmur, gecədən keçmiş zəif internet verilir. Bu, bizim nəyimizə lazımdır? Ən pisi odur ki, hər gün yerli ATS-ə zəng edirik, deyirlər BakinterNET-ə zəng edin, ora da zəng vuranda deyirlər ATS-lə danışın. Qalmışıq ATS-lə "BakinterNET" arasında”.

"TƏMİR GEDİR"

Eyni şikayəti 8-ci km. qəsəbəsinin sakinləri də edirlər. Onlar “BakinterNET”dən keyfiyyətli xidmət görmədiklərini deyirlər.

Abonentlərin şikayətlərini çatdırmaq və problemin səbəbini öyrənmək üçün “BakinterNET”ə etdiyimiz zənglərə gün ərzində “Bakı, sabahın xeyir” musiqisi “cavab verdi”. “BakinterNET”in “qaynar xətt”indən isə bildirdilər ki, stansiyadakı təmir işləri ilə əlaqədar internet verilişində problemlər yaranıb:

- Abonentlər nə vaxt sürətli internet alacaqlar?

- Bunu deyə bilmərik. Təmir işləri gedir.

İnternet istifadəçilərinə ya gözləmək, ya da provayderi dəyişmək qalır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG