Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:13
-
Isveçrənin Davos kurortunda Dünya İqtisadi Forumu öz işinə başlayıb. Yanvarın 25-nə kimi çəkəcək forumda təşkilatçıların dediyinə görə, 2500 iştirakçı var, onlardan 40-ı müxtəlif ölkələrin prezidentləri və ya baş nazirləridir. Davos Forumunda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

PAPANIN MÜRACİƏTİ

Dünya qarşısında duran siyasi, iqtisadi, sosial, texnoloji problemləri müzakirə edəcək forum iştirakçılarına Roma Papası Francis öz nümayəndəsi vasitəsilə müraciət edib ki, dünyadakı iqtisadi bərabərsizliklə bağlı real nəsə etmək lazımdır.

Roma Papası yazır : “mən sizdən xahiş edirəm ki, varlının insafı olduğuna bizi əmin edəsiniz”.
Papa Francis

Papa Francis


Dünyadakı qeyri-bərabərliyin hansı səviyyədə olduğunu Oxfam xeyriyyə təşkilatı Forum ərəfəsi yaydığı hesabatında göstərir.

Dünyadakı bütün var-dövlətin 50 faizi dünya əhalisinin cəmi 1 faizinin əlindədir.

Dünyanın ən varlı 85 adamının var-dövləti dünya əhalisinin ən kasıb 50 faizinin var-dövləti qədərdir

Dünya əhalisinin ən varlı 1 faizinin var-dövləti 110 trilyon dollardır. Bu, dünyanın kasıb 50 faizinin var-dəvlətindən 65 dəfə çoxdur.

Dünya əhalisinin 70 faizi son 30 ildə istisadi bərabərsizliyin artdığı ölkələrdə yaşayır.

ABŞ-da 2009-cu ildən bəri, yəni böhrandan sonrakı gəlirin 95 faizi ABŞ-ın ən varlı 1 faizinə çatıb. Əhalinin 90 faizi isə böhrandan sonra kasıblayıb.


Oxfam təşkilatı qeyri-bərabərsizliyi necə aradan qaldırmağın yollarını da təklif edir: var-dövlət siyasi nüfuz qazanmağa və ya vətəndaşların demokratik istəklərini boğmağa istifadə olunmamalıdır.

Foreign Policy məcmuəsi isə soruşur ki, Davos Forumu iştirakçıları bu deyilənlərə qulaq asacaqlarmı?

Foreign Policy yazır ki, ABŞ-ın ictimai radiosuna müsahibə verən iqtisadçı Daron Acemoglu deyib: “onlar lüks otaqlarda yaşaya, özəl təyyarədə uca bilirlər. Niyə? Məhz bizim danışdığımız qeyri-bərabərliyə görə”.
Forumun keçirildiyi konqres mərkəzi

Forumun keçirildiyi konqres mərkəzi


FORUMUN GÜNDƏLİYİ

Davos Forumunu 1971-ci ildə yaradan iqtisadçı və mühəndis Klaus Schwab deyir ki, beynəlxalq aləm hazırda daha çox böhranla necə mübarizə aparmağı düşünür, halbuki strateji düşüncəyə ehtiyac var.

Dünyadakıl böhrana gəldikdə, Schwab forumda müzakirələr nəticəsində maliyyə böhranını aradan qaldırmaq üçün yeni impulslar tapmağı mümkün hesab edir. Onun sözlərinə görə “dünya iqtisadiyyatında artım hələ çox zəifdir. Bizə yeni start lazımdır”.

Forumun siyasi gündəliyində İran və Suriyanın gələcəyi ilə bağlı müzakirələr olacaq. Ancaq Schwab hesab edir ki, Forumda İran prezidenti Rouhaninin yeni investisiyalar axtarması hələ çox tezdir. Əvvəlcə İrana etimadı bərpa etmək lazımdır.
Schwab

Schwab


Forumun iqtisadi gündəliyində ən vacib məsələlər dünyadakı işsizliyin azaldılması yollarının tapılmasıdır. Digər vacib məsələ dünyada gəlirlərdə qeyri-bərabərliyinin artması problemidir.

Forumda müzakirə olunacaq qlobal məsələlər arasında əsas məsələ qlobal idarəçiliyi necə yaxşılaşdırmaqdır. Digər məsələlər iqlim dəyişikliyi, dünya ticarətidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG