Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:05

Suriya yolu [Video]


-


«İşdən Sonra» verilişində təhlükəsizlik məsələləri üzrə ekspertlər Ərəstun Oruclu və İlham İsmayıl Suriyaya döyüşmək üçün gedən azərbaycanlılar və dövlət qurumlarının bu məsələyə münasibəti haqda danışıblar.

İlham İsmayıl azərbaycanlıların Suriyaya getməsində müəyyən təşkilatların rolu olduğunu deyir:

«İki ildir Suriya hadisələri başlayıb. Son bir ildə bura Azərbaycandan da gedənlərin sayı artıb. Suriyada baş verənlər cihad deyil. Bu işi təşkil edən beynəlxalq qurumlar var. Azərbaycanda da bu qurumların ocaqları var. Ölkədə təriqətlər çoxalıb. Nəticədə də Suriyaya gedənlərin sayı çoxalıb».
Ekspert bir sıra problemlərin də insanların Suriyaya getməsinə səbəb olduğunu düşünür:

«Ölkədə sosial problemlər, mənəvi boşluqlar da var. Belə halda gənclər daha tez təsirə düşürlər. Ailəliklə gedənlərə ev, yaşamağa yer və maaş verilir. Bəzən çıxılmaz vəziyyətdə olanlar çarəni getməkldə görürlər».

İlham İsmayıl dövlət orqanlarının məsələyə müdaxilədə gecikdiyini deyir:

«Bu proses birdən-birə yaranmayıb. Milli təhlükəsizliyimiz üçün təhdid var. Dövlət qurumları məsələnin üstünə düşməkdə gecikiblər. Çoxdan bu ideoloji təxribatın üzərinə düşmək lazım idi. Çünki bütün bunlar potensial terrorçu hazırlama prosesidir. İdeoloji radikallıq çox təhlükəli haldır. Suriyaya gedənlərdən sağ qayıdan olarsa, daha sonralar Azərbaycanda da terrorlar, təxribatlar törədə bilərlər».

Ərəstun Oruclu məsələnin ideoloji və sosial-iqtisadi tərəflərinin olduğunu deyir:

«Azərbaycanlıların ora getməsində birinci səbəb ideoloji diversiyadır. Bu gün məzhəb savaşı «facebook» səhifələrindən küçələrə, məscidlərə keçməyə başlayıb. Əvvəlcə dövlət qurumları özü ölkədə Azərbaycan üçün qeyri-ənənəvi olan təriqətlər üçün şərait yaradıb. Məsələn, vəhabilərin əsas dayağı Səudiyyə Ərəbistanıdır. Buradan işləməyə gələnlər həm də müxtəlif təriqətləri yaymağa başladılar. Dövlət orqanları buna göz yumdu. Proseslər artıq nəzarətdən çıxıb».

«Rusiyaya yaxın bölgələrdə məzhəblərin yayılması güclüdür. Təsadüfi deyil ki, Azərbaycanın şimal bölgəsindən Suriyaya gedənlərin sayı çoxdur. Sadəlövh gəncləri inandırırlar ki, bu, cihaddır. Onların adına pul silirlər. Həmin şəxsləri özləri öldürürlər və ya onlar döyüşdə ölürlər. Sonra da bu pullar batır».

Şərhləri göstər

XS
SM
MD
LG