Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:53

2013-cü ildə 129 cinayət faktı müəyyən edilib


2013-cü ildə 129 cinayət faktı müəyyən edilib, açılması təmin olunmuş 12 fakt üzrə materiallar istintaq aidiyyəti üzrə göndərilib.

96 nəfərdən ibarət 20 mütəşəkkil cinayətkar dəstə ifşa edilib. 131, o cümlədən 53 dələduzluq, 10 qaçaqmalçılıq, 2 mənimsəmə, narkotiklərin satışı və saxlanılması ilə əlaqədar 21, silahların qanunsuz dövriyyəsi ilə bağlı 8 cinayət törədilib.

Dəstə üzvlərindən 44,4 kiloqrama yaxın narkotik maddə və 2 partlayıcı qurğu götürülüb. Qanunsuz olaraq odlu silah saxlama, daşıma və gəzdirmə ilə bağlı 21 fakt aşkar edilərək 23 nəfər məsuliyyətə cəlb olunub.

Bu haqda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində keçirilən müşavirədə idarə rəisi Mirqafar Seyidov məlumat verib.

Saxta pul və qiymətli kağızlar hazırlama və satma, rəsmi sənədləri saxtalaşdırma cinayətləri ilə bağlı 12 cinayət faktı üzrə 78 minə yaxın saxta Azərbaycan manatı aşkar edilib. 3 diplom və xeyli sayda başqa saxta sənədlərin satışının və istifadəsinin qarşısı alınıb.

300 tona yaxın müxtəlif yararsız ərzaq məhsulları və saxta tikinti materialları götürülərək məhv edilib. Qanunazidd olaraq qumar oyunları təşkil edən 13 sahibkarlıq obyektinin fəaliyyəti dayandırılıb. Baş İdarəyə daxil olan əməliyyat məlumatları əsasında 102 cinayətin açılması təmin edilib.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG