Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:28

Gəncəyə səfər edən prezident şəhərə 5 milyon pul ayırdı


Arxiv foto
Arxiv foto
-
Sərəncamda qeyd olunur ki, Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılsın.

Bundan başqa Göygöl rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Göygöl
Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılsın.

Qeyd edək ki, yanvarın 21-də Gəncədə olan prezident bir çox mədəniyyət, iqtisadiyyat və yaşayış obyektlərinin açılışını edib. Göygöldə isə olimpiya kompleksinin, şərab zavodunun lentini kəsib.
XS
SM
MD
LG