Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:19

Tofiq Yaqublunun ailəsi avtomobil qəzasına düşüb


Sürücü idarəetməni itirib və maşını yol kənarındakı ağaca çırpıb.

Sürücü idarəetməni itirib və maşını yol kənarındakı ağaca çırpıb.

-
Nərgiz Yaqublunun musavat.com-a verdiyi son məlumata görə, hazırda Maya Yaqublunun vəziyyəti yaxşıdır. Maşının sürücüsü, Müsavat Partiyasının Binəqədi rayon təşkilatının üzvü Çingiz Əli isə rentgen müayinəsindən keçir.

***

Yanvarın 21-də Müsavat başqanının müavini Tofiq Yaqublunun ailəsi Şəki məhkəməsindən geri - Bakıya dönərkən avtomobil qəzasına düşüb.

Hadisə yerində olan AzadlıqRadiosunun müxbirinin verdiyi məlumata görə, qəza İsmayıllı rayon mərkəzinin 5 kilometrliyində, Xanagah kəndi ərazisində baş verib:

«Duman olduğundan sürücü idarəetməni itirib və maşını yol kənarındakı ağaca çırpıb».

Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu ilə sürücü Çingiz Əli İsmayıllı rayon xəstəxanasına yerləşdirilib.

Vəkil Xalid Bağırov isə burnundan yüngül yaralanıb.

Yanvarın 21-də Şəkidə İsmayıllı hadisələri zamanı həbs olunanların növbəti məhkəməsi keçirilib. Tofiq Yaqublu ötən il yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.
XS
SM
MD
LG