Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:12

Lavrov Ukrayna müxalifəti və Avropa ölkələrini pisləyib


 Sergei Lavrov
Sergei Lavrov
Rusiyanın xarici işlər naziri Sergei Lavrov Ukrayna müxalifəti və Avropa ölkələrini Ukraynadakı sosial gərginliyə görə kəskin tənqid edib.O mətbuat konfransında Kiyevdə meriya və hökumət binalarını zəbt edən nümayişçiləri yaraqlı adalandırıb.Lavrov həmçinin Avropanı Ukrayna müxalifətini dəstəkləməkdə günahlıandırıb.

O bütün tərəfləri , aralarındakı fikir ayrılığını yoluna qoymaq üçün dialoqa çağırıb və
ölkəsinin bu işin təşkilində tərəflərə kömək etməyə hazır olduğunu bildirib.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.

Son günlər hökumətin mitinqlər barədə yeni kəskin qanunlar qəbul etməsi isə vəziyyəti yenidən qarışdırıb. Nümayişçilərlə polis arasında baş verən toqquşmalarda 30 jurnalistdə daxil olmaqla azı 200 nəfər xəsarət alıb.
XS
SM
MD
LG