Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:42

Həmməruzəçilər bəzi müxalifət liderləri ilə görüşdü


arxiv foto
arxiv foto
-
Yanvarın 21-də AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycandakı bəzi müxalifət partiyalarının rəhbərləri ilə görüşüblər.

Görüş barədə AzadlıqRadiosuna məlumat verən REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərlinin dediyinə görə, onlar ölkədə 9 oktyabr prezident seçkisindən sonrakı vəziyyəti təhlil ediblər:

«Görüşdə müzakirə elədik ki, seçkidən sonra demokratik təsisatlar geriyə doğru gedir, siyasi məhbus məsələsinə toxunduq. 1 saatdan çox çəkən söhbətdə ölkə ictimaiyyətini narahat edən ictimai-siyasi vəziyyəti həmməruzəçilərin diqqətinə çatdırdıq».

Görüşdə ADP sədri Sərdar Cəlaloğlu, KXCP sədri Mirmahmud Mirəlioğlu, AXCP sədri Əli Kərimli, Azad Demokratlar Partiyası Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər də iştirak edib.

Müsavat Partiyası İsa Qəmbərin görüşdə iştirak etməməsinə partiyanın yaydığı açıqlama ilə aydınlıq gətirib. Açıqlamada deyilir ki, İsa Qəmbər görüşə dəvət edilsə də, bu dəvət ona çatdırılmayıb:

«Avropa Şurasının Bakı ofisinin nümayəndələri ilə bu gün dəqiqləşdirilmiş məlumata görə, görüşə dəvət haqqında məlumat Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib. Lakin məlumat partiya rəhbərliyinə çatdırılmayıb».

Müsavatın mətbuat xidmətindən bildirilir ki, partiya rəhbərliyi anlaşılmazlıq üzündən görüşə qatıla bilməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG