Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:33
-
Şərq Qapısı 11 yanvar 2014

Ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətin strateji məqsədidir

...Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması vacib məsələlərdən biri olmuşdur. 2013-cü ildə 102 min 960 ton taxıl istehsal olunmuşdur. Bu, 1995-ci ilə nisbətən 4,4 dəfə çoxdur. Taxıldan sonra strateji əhəmiyyət kəsb edən kartof istehsalında isə bu dövrlər ərzində 102,5 dəfə artım müşahidə olunmuşdur.

…Naxçıvan Muxtar Respublikasının daha çox meyvəçilik və tərəvəzçilik üzrə ixtisaslaşması nəinki ərzaq təminatının yaxşılaşmasına, daxili və xarici bazara çıxış imkanlarının genişlənməsinə də potensial şərait yaradır. Meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində bu istiqamətdə xeyli uğurlar əldə edilmiş, ötən il 67 min tona yaxın tərəvəz, 58 min tondan çox meyvə və giləmeyvə tədarük olunmuşdur ki, bu da 1995-ci illə müqayisədə müvafiq olaraq 5,15 və 3 dəfə çoxdur.

Heyvandarlıq sektoru kənd təsərrüfatının ən mühüm sahələrindən biri olub, əhalinin ət, süd, yumurta məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynamaqla yanaşı, həm də sənayenin xammala olan tələbatının ödənilməsində xüsusi çəkiyə malikdir. Son 5 ildə muxtar respublikaya 1678 baş damazlıq və cins mal-qara gətirilməsi əhalinin heyvandarlıq məhsulları ilə etibarlı təminatı üçün zəmin yaratmış, heyvanların baş sayında və heyvandarlıq məhsullarının istehsalında artıma nail olunmuşdur.
XS
SM
MD
LG