Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:32

Əmək Təşkilatının hesabatına görə, Azərbaycanda işsizlik artacaq


Barselonada iş dalınca növbə

Barselonada iş dalınca növbə

“Dünyanı işsiz iqtisadi dirçəliş gözləyə bilər”. “İşsizlik bu il artmaqda davam edəcək və ən çox gənclərə zərbə vuracaq.”

Bu xəbərdarlığı Dünya Əmək Təşkilatı öz yeni hesabatında edib.

BMT-nin əmək agentliyi bildirir ki, “şirtkətlər öz səhmdarlarına dividendləri artırmağa daha çox meyillidirlər nəinki yeni iş yerləri yaratmağa.” Buna görə də şirkətlərin işinin yaxşı getməyi işsizliyin azalması demək deyil.

Bu il dünyada işsizlik , hesabata görə, artaraq 6,1 faizə çatacaq.

2013-cü ildə dünyada əmək qabiliyyətli əhalinin 6 faizi işsiz idi.
Hesabata görə, Azərbaycanda işsizlik 2013-ci ildən başlayaraq artacaq və bu təmayül 2018-ci ilədək davam edəcək.

Hesabata görə, Azərbaycanda işsizlik 2013-cü ildə 5,5 faiz idisə, 2014-cü ildə 5,8, 2015-ci ildə 5,9, 2016-cı ildə 6, 2017-ci ildə 6,1, 2018-ci ildə 6,2 faiz olacaq.

Şərhləri göstər

XS
SM
MD
LG