Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:52

İsmayıllı hadisələrində ittiham olunanların məhkəməsi davam edir


Məhkəmə binasının qarşısı
Məhkəmə binasının qarşısı
-
Yanvarın 21-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrində ittiham olunanların məhkəməsi davam edib.

AzadlıqRadiosunun müxbiri Şəkidən xəbər verir ki, prosesdə dindirilməsi üçün məhkəməyə 22 şahid dəvət edilib. Onlardan artıq 14-ü dindirilib.

Müxbirimiz bildirir ki, polis bu gün əvvəlki vaxtlardan fərqli olaraq məhbusların valideynlərinə, məhkəmə prosesində iştirak etmək istəyən şəxslərə, o cümlədən jurnalistlərə qarşı aqressiv davranıb:

“Polis jurnalistləri məhkəmə binasına yaxınlaşmağa qoymur”.

Məhkəmə zamanı şahidlərdən bəziləri həbs edilənləri tanımadıqlarını, hadisə baş verən zaman onları orda görmədiklərini deyiblər.

Şahidlər ittiham olunanların əleyhinə ifadə verməyiblər.

Məhkəmədə fasilə elan edilib.

Fasilədən sonra digər şahidlərin ifadələri dinləniləcək.

Müttəhimlər kürsüsündə 18 nəfər əyləşib. Onların arasında REAL hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu da var. Qalan 16 nəfər İsmayıllı sakinləridir.

Onlar 2013-cü il yanvarın 23-24-də kütləvi iğtişaşların təşkilində və iştirakda ittiham olunurlar.

Gün ərzində məhkəmə ilə bağlı xəbərlərimiz yenilənəcək.
XS
SM
MD
LG