Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:59

Cəbhədə vəziyyət gərginləşib, gün ərzində 98 dəfə atəşkəs rejimi pozulub


-
Məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 98 dəfə atəşkəs rejimini pozublar.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Dovex, Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqeləri atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycanın Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ölkənin Silahlı Qüvvələrinin mövqeləri intensiv olaraq atəşə məruz qalıb.

Məlumatda o da bildirilir ki, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG