Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:58

Kiyevdə Azadlıq Radiosunun 2 müxbiri döyülüb


Foto arxiv
Foto arxiv
Kiyevdə Azadlıq Radiosunun 2 müxbiri saxlanıb və döyüldükdən sonra sərbəst buraxlıblar.Radionun Ukrayna xidmətinin müxbiri Dimitry Barkar və operator İgor İskhakov polislə nümayişçilər arasında baş verən toqquşmanı çəkərkən saxlanıblar.
Jurnalistlərin ikisi də polis bölməsində döyüldüklərini deyirlər.İskhakov burunun sındırıldığını və beyin silkələnməsi aldığını deyir.Jurnalistlər videokameranın yoxa çıxdığını deyirlər.

Kiyevdə baş verən son toqquşmalarda 26 jurnalist yaralanıb.Bu barədə yerli mətbuat yazır.

ABŞ və Avropa Birliyi tərəfləri sakitliyə çağırıblar.

Qeyd edək ki, Ukrayna rəhbərliyinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi, ölkədə kütləvi etirazlara səbəb oldu.

Hələ də meydandan çəkilməyən müxalifət prezident və hökumətin istefasını tələb edir.
Son məlumatlara görə hakimiyyət ölkədə təhlükəsizlik tədbirlərini gücləndirir, küçələrə əlavə qüvvələr çıxarılır.

Son aksiya və toqquşmalara səbəb isə Ukrayna hökumətinin mitinqlərə qarşı sərt qanunlar tətbiq eləməsi olub.
XS
SM
MD
LG