Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38

İrana qarşı sanksiyalar yüngülləşdirilir


-
Avropa Birliyi İrana qarşı sanksiyaları nisbətən yüngülləşdirir.Qərar İranın uran zənginləşdirilməsi üzərində işi dayamdırmasından sonra verilib.

Reutersin məlumatına görə, söhbət ilk növbədə neftkimya məhsulları, qiymətli metallar və neft məhsullarının daşınmasının sığortasından gedir.
Yeni qaydanın artıq bu gündən qüvvəyə minəcəyi gözlənilir.

Ötən il oktyabrın 24-də Cenevrədə əldə olunmuş ilkin razılaşmada İranın uran zənginləşdirilməsi üzərində işi dayandırması və əvəzində ona qarşı irəli sürülün beynəlxalq sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutulur.

İranla danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya iştirak edir.
Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün istifadə olunduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG