Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:42

Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü bildirilir


Bu barədə APA agentliyi mücahidlərə məxsus saytlara istinadla xəbər verir.

Onlar Bəşər Əsəd rejiminə qarşı olan “Əl-Nüsra Cəbhəsi” nin sıralarında vuruşurmuşlar.
Məlumata görə, Azərbaycanın Qusar rayonundan olan “Seyfullah ləzgi” ləqəbli mücahid yanvarın 19-da, Nicat adlı 18 yaşlı azərbaycanlı isə bir neçə gün bundan əvvəl hökumət qüvvələri tərəfindən öldürülüb.

“Seyfullah ləzgi”nin əsl adı və fotosu yoxdur. Onun bundan əvvəllki döyüşlərdə bir neçə dəfə yaralandığı qeyd olunur.Mücahidlərin yazdığına görə, Nicat isə tələbədir və elə birinci kursda oxuyarkən Suriyaya yollanıb. Mücahidlər onun fotosunu da yayıblar.

Məlumatlara görə, indiyədək Suriya münaqişəsində 100-ə yaxın azərbaycanlı könüllü öldürülüb.
XS
SM
MD
LG