Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:07
Ukrayna prezidenti Viktor Yanukovych müxalifət liderləri ilə görüşə razılıq verib.

Yanvarın 16-da Ukrayna parlamentinin mitinqlərlə bağlı yeni kəskin qanunlar paketi qəbul etməsi Kiyevdə yenidən kütləvi etiraz aksiyasına səbəb olub.Polislə nümayişçilər arasında baş verən toqquşmalarda 100-dən çox adamın yaralandığı, 20-dən çox aksiyaçının həbs edildiyi bildirilir.

ABŞ və Avropa Birliyi tərəfləri sakitliyə çağırıblar.

Qeyd edək ki, Ukrayna rəhbərliyinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi, ölkədə kütləvi etirazlara səbəb oldu.Hələ də meydandan çəkilməyən müxalifət prezident və hökumətin istefasını tələb edir.

Son məlumatlara görə hakimiyyət ölkədə təhlükəsizlik tədbirlərini gücləndirir, küçələrə əlavə qüvvələr çıxarılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG