Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:21

May ayından Azərbaycan Avropa Şurasına sədrlik edəcək


-
Azərbaycanın Avropa Şurasındakı sədrliyi dövrü ilə bağlı fəaliyyət planı hazırlanır.

Bu istiqamətdə Avropa Şurası ilə konstruktiv iş gedir.

Bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə bildirib.

Trend-in məlumatına görə, S.Seyidov deyib ki, tədbirlər planı və digər sənədlər də Azərbaycanın sədrliyindən öncə qəbul olunacaq. Bu, həm də Azərbaycan və AŞ əlaqələrinə inkişafına dəstək olacaq.

O bildirib ki, AŞ PA-nın qış sessiyasında birbaşa Azərbaycanla bağlı məsələnin müzakirəsi yoxdur:

«Ancaq bütün sessiyalar bizim üçün çox vacibdir. Ona görə ki, mayın sonundan başlayaraq Azərbaycan artıq AŞ-a sədrlik edəcək və 2014-cü ilin sonuna qədər sədrlik Azərbaycanda olacaq. Yanvar sessiyası bizim üçün əhəmiyyətlidir. Ona görə ki, AŞ PA-nın yeni prezidenti seçiləcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG