Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:29

Kənd təsərrüfatı məhsulları ucuzlaşıb ya bahalaşıb?


-
Dövlət Statistika Komitəsi kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında statistika açıqlayıb.

Məlumatda deyilir ki, birillik bitkilərdən quru otun qiyməti 1,4 %, yoncanın istehsalçı qiymətləri 0,8 % bahalaşıb.

Ət məhsullarının qiymətlərində də dəyişiklik olub. Südün istehsalçı qiymətləri 1,1 %, quş ətinin 0,3 %, yumurtanın istehsalçı qiymətləri 6,5 % bahalaşıb.

Dekabr ərzində balığın istehsalçı qiymətləri 1,6 % bahalaşıb.

Statistika komitəsinin məlumatına əsasən dekabrda alıcılar feyxoanı 8,7 %, şabalıdı 9,1 %, qozu 3,7 % baha almalı olublar. Limonun istehsalçı qiymətlərində 8,5 % bahalaşma olub.

Portağalın qiymətlərində 12,7 %, naringinin istehsalçı qiymətlərində 17,5 faiz ucuzlaşma olub.
Statistika 2013-cü ilin dekabrını əhatə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG