Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:30

Şəhidlər Xiyabanında partiyalara əklil qadağası [Video]


-
20 yanvar qurbanlarını anmaq üçün Milli Şura Şəhidlər Xiyabanına gedib. Polis onlara xiyabana əklillə girməyə icazə verməyib. Polislə Milli Şura üzvləri arasında qarşıdurma yaranıb.

“Müsavat” partiyasına da əklillə Şəhidlər Xiyabanına girməyə icazə verilməyib.

Bu barədə AzadlıqRadiosunun müxbiri məlumat verir. O bildirir ki, Müsavat başqanı İsa Qəmbər və partiya üzvləri Şəhidlər Xiyababına gəlib. Bu zaman onlara əklillə xiyabana girməyə icazə verilməyib. İsa Qəmbər buna etiraz edib. Müdaxilə edən polis belə göstəriş aldıqlarını deyib:

“Bizə belə göstəriş gəlib. Əklillə heç kim xiyabana girə bilməz. Hətta YAP Gənclər Birliyinin də əklillə girməsinə icazə verməmişik. İstəyirsiniz əklili sökün gülləri aparın xiyabana”.

Polislər göstərişin kim tərəfindən verildiyini bilmədiklərini deyirlər.







Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG